“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb. “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb.

Hacı İbrahim Nehrəmlinin həbs xəbəri yayıldı - YENİLƏNİB

“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb.


AzNews.az verir ki, bu barədə məlumatı vinegret.az saytı yayıb. Saytın yazdığına görə, iş adamı bu gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Hacı İbrahimin layihəsi olan "Xəzər İsland"da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, AzNews.az-a bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: "Dünən axşam isə eşitdik ki, onu həbs ediblər".

Həmin şəxs bilidirib ki, bu gün adada aparılan işlərə son verilib: "Bütün tikinti işləri dayandırıldı"

***

Bu gün hüquq-mühafizə orqanları tərəfindən tutulan "Avesta" konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə yaxın olan 2 nəfərin də saxlanıldığı haqda xəbər yayılıb.

Bu haqda AzNews.az-a "Xəzər adaları" layihəsində çalışan vəzifəli şəxslərdən biri deyib.

Onun sözlərinə görə, saxlanılanlar Hacı İbrahimin maliyyə işlərinə baxan şəxslərdir.

Məlumat üçün bildirək ki, Musavat.com saytı Hacı İbrahimin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı və dindirildiyi ilə bağlı məlumat yayıb.

Azər
AzNews.az