Yasamal rayonu ərazisində də yaşayış binalarına vurulan “penoplast” üzlüklərin sökülməsinə başlanılıb. Yasamal rayonu ərazisində də yaşayış binalarına vurulan “penoplast” üzlüklərin sökülməsinə başlanılıb.

Yasamalda da “penoplast” söküntüsünə başlanıldı - FOTO

Yasamal rayonu ərazisində də yaşayış binalarına vurulan “penoplast” üzlüklərin sökülməsinə başlanılıb.

AzNews.az xəbər verir ki, söküntü işlərinə Yasamal rayonunun "Mətbuat" prospektində "Azərbaycan" nəşriyyatı ilə üzbəüz olan binada start verilib.

Artıq üzlüklər aşağıdan yuxarıya doğru sökülür.

Söküntü yerinə böyük fəhlə biriqadası gətirilib. Bundan əlavə, polis əməkdaşları və Yasamal rayon icra hakimiyyətinin nümayəndələri də ərazidə söküntü işlərinə nəzarət edir.

Qeyd edək ki, adı çəkilən binaya "penoplast" üzlük bir neçə ay öncə vurulmuşdu.




Bahar RÜSTƏMLİ
AzNews.az