Bir müddət əvvəl ATV-dən qalmaqalla ayrılan jurnalist Xoşqədəm Hidayətqızı Mətanət Əliyevdiyevanın “Külək idi, oldu keçdi” ifadələri ilə bağlı kanal rəhbərliyini qınayıb. Bir müddət əvvəl ATV-dən qalmaqalla ayrılan jurnalist Xoşqədəm Hidayətqızı Mətanət Əliyevdiyevanın “Külək idi, oldu keçdi” ifadələri ilə bağlı kanal rəhbərliyini qınayıb.

Mətanət qalmaqalına Xoşqədəm də qoşuldu – Vüqar Qaradağlını qınadı

Bir müddət əvvəl ATV-dən qalmaqalla ayrılan jurnalist Xoşqədəm Hidayətqızı Mətanət Əliyevdiyevanın “Külək idi, oldu keçdi” ifadələri ilə bağlı kanal rəhbərliyini qınayıb.

AzNews.az xəbər verir ki, "Axtarıram səni" verilişinin aparıcısı bu hadisənin baş verməsində ATV-nin prezidenti Vüqar Qaradağlını günahlandırıb: "İdarəçilik önəmlidir, dostlar. Çox gözəl filoloq, iqtisadçı, jurnalist ola bilərsən. Amma bu hələ hansısa quruma, müəssisəyə rəhbərlik etmək demək deyil. O bir bacarıqdır, sənətdir. Bacarmasan, bitdi. 19 illik təcrübəmə əsasən bu qənaətə gəldim. Allah hər birimizə yaxşı iş yeri nəsib etsin. Yaxşı insanlarla üz-üzə gətirsin".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı müəllifi olduğu və ATV kanalında yayımlanan "Səni axtarıram" verilişi ilə birlikdə ANS televiziyasına keçib.

Onu da xatırladaq ki, bir vaxtlar ANS televiziyasında çalışan, hazırda isə ATV-də "Gündəlik" verilişinin aparıcısı olan Mətanət Əliverdiyeva Bakıda baş vermiş dəhşətli yanğın hadisəsini "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" deyə şərh etmişdi.