Xəbər verildiyi kimi, Bakının Binəqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binanın üzlüklərinin sökülməsinə başlanılıb. Xəbər verildiyi kimi, Bakının Binəqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binanın üzlüklərinin sökülməsinə başlanılıb.

Yanan binanın söküntüsü ilə bağlı - Rəsmi açıqlama

Xəbər verildiyi kimi, Bakının Binəqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binanın üzlüklərinin sökülməsinə başlanılıb.


Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova söküntü işilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.

Onun sözlərinə görə, hələlik söküntü gedir, təmir-bərpa işləri isə ikinci mərhələdə aparılacaq: "Çünki söküntü işləri xeyli vaxt aparan işdir. Lazımı yerlər sökülüb qurtarmayınca, təmir-bərpa işlərindən söhbət gedə bilməz. Özü də təkcə yanan binada deyil, eyni vaxtda daha 4 binada söküntü işlərinə start verilib".

N.Allahyarova vurğulayıb ki, yanan binada təmir-bərpa işlərinin nə başlanılacağı və nə vaxt yekunlaşması işin gedişatından sonra məlum olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanan binanın təmir-bərpa işləri üçün 5 milyon manat ayırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az