Media eksperti Qulu Məhərrəmli ANS televiziyası ilə ATV telekanalının arasında gedən qalmaqala münasibət bildirib. Media eksperti Qulu Məhərrəmli ANS televiziyası ilə ATV telekanalının arasında gedən qalmaqala münasibət bildirib.

Qulu Məhərrəmli ATV-nin müdafiəsinə qalxdı: “ANS-in davası...”

Media eksperti Qulu Məhərrəmli ANS televiziyası ilə ATV telekanalının arasında gedən qalmaqala münasibət bildirib.


O, AzNews.az-a ANS-in ATV telekanalına qarşı hücumunun doğru olmadığını deyib: "Düzdür, məsələnin müəyyən qədər əhəmiyyəti var. Eyni zamanda diqqət mərkəzində olan məsələdir. Bütövlükdə isə bu qeyri-etikdir. Bəzi televiziyalar çox inadkardır. Onlar kin enerjisini yığırlar və fürsət ələ düşən kimi bundan çox gözəl bəhrələnirlər. Amma bütövlükdə götürəndə bütün televiziyalar bir-birindən az fərqlənir. Hamısı təxminən bir kökdədir. Bunların bir-birinə qarşı mübarizə aparması əjdahanın azğında olan adamların bir-biri ilə vuruşmasına bənzəyir. Hesab edirəm ki, ANS-in ATV-yə qarşı davası etik cəhətdən doğru deyil".

Q.Məhhərəmli hesab edir ki, ANS-in ATV-yə qarşı hücuma keçməsinin ən böyük səbəbi məsələni həddindən artıq şişirtmək, əsas problemi diqqətdən kənarda qoymaqdır: "Gəlin, bu cür böyük problemlərin müzakirəsində ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmayaq".

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalında Binəqədi rayonunun "Azadlıq" prospektində baş verən yanğın faciəsinin müzakirəsində "Biz o faciəni lap belə faciə etməməliyik" sözlərini deyib. ANS telekanalının əməkdaşı Ləman Əliəşrəfqızı isə M.Əliverdiyeva haqqında süjet təqdim edib və bu süjet cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az