Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Ukraynanın Sumı vilayətinin qubernatoru Nokolay Kloçko ilə görüşüb. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Ukraynanın Sumı vilayətinin qubernatoru Nokolay Kloçko ilə görüşüb.

Ukraynalı qubernator: “Azərbaycanın yüksək nüfuzu var”

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Ukraynanın Sumı vilayətinin qubernatoru Nokolay Kloçko ilə görüşüb.


AzNews.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Sumı vilayəti arasında iqtisadi, mədəni, elmi-texniki, idman, turizm və kənd təsərrüfatı sahəsində regional əməkdaşlığın qurulması məsələləri əsas müzakirə obyekti olub.

Sumı vilayətinin qubernatoru Nikolay Kloçko son illər dünyanın aparıcı dövlətlərinin Azərbaycana güclü investisiya ayırmalarını, Azərbaycanın isə bir sıra xarici ölkələrə sərmaye qoymasını gələcəyə hesablanmış uğurlu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib. Bu baxımdan Azərbaycanla Ukrayna arasında iqtisadi, ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bu günlərdə Azərbaycana işgüzar səfər edəcəyini bildirən qubernator, səfərin təşkil olunmasında və son bir ildə ölkələrimiz arasında ikitərəfli regional iqtisadi, mədəni, elmi texniki əlaqələrin inkişaf etdirilməsi istiqamətində səmərəli işlər görən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova minnətdarlığını bildirib.

Nikolay Kloçko müstəqil Azərbaycan dövlətinin Avroatlantik məkana inamlı inteqrasiya siyasətindən söz açaraq, I Avropa Oyunlarının Bakida keçirilməsini Azərbaycanın dünyada əldə etdiyi yüksək nüfuzun və beynəlxalq arenada prezident İlham Əliyevin liderlik qabiliyyətinə göstərilən inamın əyani təzahürü kimi səciyyələndirib.

Son illər ölkəmizdə həyata keçirilən qlobal social, iqtisadi islahatlar haqqında Sumı vilayətinin qubernatoruna ətraflı məlumat verən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider dövlətə çevrilən ölkəmizdə yerli və xarici iş adamlarına yaradılan geniş imkanlardan və səmərəli investisiya mühitindən bəhs edib. Son illər Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesinin intensiv xarakter aldığını bildirən fəxri konsul rəsmi Bakının bir sıra ölkələrlə yanaşı dost və qardaş Ukrayna respublikası ilə iqtisadi-ticari əlaqələrin inkişafina böyük maraq göstərdiyini vurğulayıb.

Qeyd edib ki, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu ölkələrimiz arasındakı regional əməkdaşlığın inkişafına, iş adamları arasında səmərəli əməkdaşlığın qurulmasına, müştərək işbirliyinin yaradılmasına hər tərəfli dəstək verməyə hazırdır. Bu baxımdan Sumı vilayətinin qubernatoru Nikolay Kloçkonun Bakıya edəcəyi işgüzar səfərin səmərəli fayda verəcəyinə əminliyini bildirib. Görüş zamanı işgüzar səfərin proqramı və keçiriləçək görüşlər haqqında fikir mübadiləsi aparılıb.
image description image description