Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində “31-ci Beynəlxalq Amatör Teatr Festivalı”ndan qayıdıb. Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində “31-ci Beynəlxalq Amatör Teatr Festivalı”ndan qayıdıb.

“Eşqin tikan dairəsi” Türkiyədə mükafat aldı

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində “31-ci Beynəlxalq Amatör Teatr Festivalı”ndan qayıdıb.


AzNews.az xəbər verir ki, teatrın yaradıcı kollektivi festivalda şair-dramaturq İftixarın "Eşqin tikan dairəsi" adlı əsərinin tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı, musiqi tərtibatçısı Turqay Vəlizadə, xoreoqrafı Aslan Məmmədovdur. Tamaşada teatrın istedadlı aktyorları Aslan Məmmədov, Marianna Məmmədova və Turqay Vəlizadə rol alıb.

Qeyd edək ki, "Eşqin tikan dairəsi" adlı əsər əsasında hazırlanan tamaşanınn uğuruna görə kollektiv, festivalın təşkilatçısı olan Dənizli böyük şəhər bələdiyyəsi tərəfindən ödüllə mükafatlandırılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az
image description image description