Biləcəri qəsəbəsində 4 küçəni birləşdirən yolda həyata keçirilən kompleks tədbirlər atrıq yekunlaşıb. Yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Biləcəri qəsəbəsində 4 küçəni birləşdirən yolda həyata keçirilən kompleks tədbirlər atrıq yekunlaşıb. Yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

4 küçəni birləşdirən yol açıldı - VİDEO

Biləcəri qəsəbəsində 4 küçəni birləşdirən yolda həyata keçirilən kompleks tədbirlər atrıq yekunlaşıb. Yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.


Bu barədə AzNews.az-a "Azəryolservis" ASC-dən məlumat verilib. Bildirib ki, ümumi uzunluğu təqribən 4 kilometr olan X.B. Natavan, M.S.Ordubadi və Ə.Qasımov küçələrində köhnə asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Yola müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. İşlər təqribən 56 min kvadrat metrlik sahədə həyata keçirilib. Bundan başqa yol boyu 420 paqon-metr yeni beton səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plətələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolundan "20 Yanvar" dairəsinə doğru daxil olan istiqamətdə sıxlığı aradan qaldırmaq məqsədilə nəqliyyat vasitələrinin "Şamaxinka" adlanan ərazidən dairəyə daxil olmadan rahat və maneəsiz şəkildə şəhərə çıxışını təmin etmək məqsədilə"2-ci Alatava" küçəsində aparılan təmir-tikinti işlərinin sabah yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən küçə təmir olunmuş şəkildə sürücülərin ixtiyarına veriləcək.

Küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisində asfaltlanma işləri həyata keçirilib. Səkilərə 800 paqon-metr yeni səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən "Şamaxinka" adlanan əraziyə qədər uzanır.

image description image description image description image description image description