Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərar qəbul edib. Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərar qəbul edib.

Yanan binada telefon və internet borclarını nazirlik ödəyəcək

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərar qəbul edib.


AzNews.az İCTnews-a istinadən xəbər verir ki, bu barədə nazirin müşaviri Müşfiq Əmirov məlumat verib. Belə ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borcları nazirlik hesabına ödəniləcək.

Müşfiq Əmirov bildirib ki, yanmış binanın sakinləri qarşıdakı aylarda məskunlaşacaqları istənilən yerlərdə və mənzilləri bərpa olunduqdan sonra öz evlərində telefon və internet xətlərinin çəkilməsi pulsuz həyata keçiriləcək.