ABŞ-ın Florida ştatından olan bu oğlanın adı Qlenn Burattidir. Onun 6 yaşı var və o autizm xəstəsidir. ABŞ-ın Florida ştatından olan bu oğlanın adı Qlenn Burattidir. Onun 6 yaşı var və o autizm xəstəsidir.

Xilasedicilərdən xəstə uşağa böyük jest - FOTOLAR

ABŞ-ın Florida ştatından olan bu oğlanın adı Qlenn Burattidir. Onun 6 yaşı var və o autizm xəstəsidir.


Bu yaxınlarda onun doğum günü olub. Lakin, çağırılan 16 qonaqdan heç biri dəvətə gəlməyib.



Qlennin anası facebook-dakı yerli qruplardan birində bu barədə qeyd yazıb: "Oğluma görə ürəyim ağrıyır. Biz onun bütün sinif yoldaşlarını çağırdıq. Lakin, hamısı imtina etdi".



Bu qeyddən sonra 15 nəfər oğlanı təbrik etmək üçün gəlib. Lakin, təkcə onlar yox.



Evə yanğınsöndürən və polis maşınları yaxınlaşmağa başlayıb.



Hədiyyələrlə!



Onlar Qlennlə əsl superulduz kimi davranıblar.



"Mən əminəm ki, qonşular öz pəncərələrindən gizlənib tamaşa ediblər. Yerli hüquq-mühafizə orqanlarının və yanğınsöndürənlərin bütün bunları bizim üçün etdiklərinə inanmaq çətindir",- deyə uşağın atası bildirib.




Bu doğum gününü Qlenn ,yəqin ki, uzun müddət xatırlayacaq.



İnternet hər dərdə dərman deyil. Lakin, bəzən siz kömək istəyəndə, siz onu əldə edirsiniz.