Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 56 ailəyə dəyən maddi ziyana görə, dövlət tərəfindən kompensasiya ödəniləcəyini açıqlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 56 ailəyə dəyən maddi ziyana görə, dövlət tərəfindən kompensasiya ödəniləcəyini açıqlayıb.

Yanan binada ev sahibi ilə kirayənişin arasında - 20 min manat qalmaqalı

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 56 ailəyə dəyən maddi ziyana görə, dövlət tərəfindən kompensasiya ödəniləcəyini açıqlayıb.


Bakı meri açıqlamasında həmin binada kirayə qalanlara da kompensasiya ödəniləcəyini deyib. H.Abutalıbov qeyd edib ki, ev sahibi ilə kirayənişin arasında imzalanan müqavilə notariusda təsdiqini taparsa, Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan 20 min manat məbləğində birdəfəlik yardım ev sahibi və kirayədə yaşayanlar arasındakı razılaşmaya uyğun olaraq veriləcək. Bakı merinin bu açıqlaması həmin binada kirayə qalanların narazılığına səbəb olub. Ölüm təhlükəsini yaşayan kirayənişinlər isə 20 min manatın bir hissəsinin onlara verilməsi tələbi ilə çıxış edir.

İqtisadçı ekspert Rəşad Həsənov AzNews.az-a kirayədə qalan vətəndaşlara kompensasiyaların ödənilməsinin bu günkü prosedur qaydalar baxımından təhlil edilməsinin çətin olduğunu deyib: "Ölkədə baş vermiş hadisədə faktiki olaraq, ziyan çəkən insanlar var. Düşünürəm ki, hökümət baş verən faciədə zərərçəkənlərə maddi dəstəyini hesablayanda kirayədə yaşayan vətəndaşlar kənarda qalmayacaq. Faktiki olaraq, Azərbaycanda kirayə sahəsində leqal fəaliyyət daha azdır. Kirayələrin verilməsi müqaviləsiz həyata keçirilir. Lakin dövlət kirayədə yaşayanlarla bağlı fərqli yanaşma ortaya qoymalıdır".

Ekspert hesab edir ki, həmin binada kirayəşinlərin sayını müəyyən etmək çox asandır: "Polis şöbələri və qonşularla danışıqlar aparmaqla sübut etmək olar ki, bu insanlar həmin binada kirayədə yaşayıblar. Onların böyük əksəriyyəti ev əşyalarını özləri təmin edib. Bu insanlara maddi ziyan dəyib və qarşılığı mütləq ödənilməlidir".

R.Həsənovun fikrincə, bu hadisədə istənilən vətəndaşa dövlət qurumları həm maddi, həm də psixoloji dəstək göstərməlidir: "Kompensasiyaların bir hissəsi mənəvi sarsıntıların yumşaldılması məqsədi ilə həyata keçirilir. Orada kirayədə yaşayanlar da Azərbaycan vətəndaşıdır. 16 mərtəbədən özünü aşağı atan mərhum da kirayədə yaşayırdı. Bu faktiki olaraq, zərərçəkən tərəfdir və mütləqdir ki, onlara kompensasiya ödənilsin. 20 min manat mənəvi təzminat kateqoriyasına daxildirsə, o, birbaşa həmin binada kirayədə qalan vətəndaşlara da verilməlidir. Çünki hökümət həmin evlərin təmirini tamamilə öz öhdəsinə götürüb. Ev sahibi orada yaşamadığından ona mənəvi ziyan da dəyməyib".

Bahar RÜSTƏMLİ
AzNews.az