Ukrayna hökumət qoşunlarına əsir düşmüş iki nəfər ATƏT müşahidəçilərinə Rusiya Silahlı Qüvvələrinin hərbçiləri olduqlarını etiraf ediblər. Ukrayna hökumət qoşunlarına əsir düşmüş iki nəfər ATƏT müşahidəçilərinə Rusiya Silahlı Qüvvələrinin hərbçiləri olduqlarını etiraf ediblər.

Əsirlər Rusiya hərbçisi olduqlarını etiraf etdilər

Ukrayna hökumət qoşunlarına əsir düşmüş iki nəfər ATƏT müşahidəçilərinə Rusiya Silahlı Qüvvələrinin hərbçiləri olduqlarını etiraf ediblər.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, ATƏT nümayəndələri bu iki nəfərlə Kiyev hərbi hospitalında görüşüblər. Onlar döyüşdə yaralandıqlarına görə burada müalicə olunurlar.

ATƏT-dən bildiriblər ki, bu hərbçilərin hücum əməliyyatı üçün əmrləri olmayıb.

Rusiya tərəfi bu iki nəfərin həqiqətən də Rusiya hərbçiləri olduqlarını təsdiq edib, lakin deyib ki, onlar Ukraynaya ordudan tərxis olunduqdan sonra öz təşəbbüsləri ilə gediblər.
ATƏT-in məlumatına görə bu iki nəfər Rusiyadan kəşfiyyat missiyasına göndərildiklərini söyləyiblər.

Onlardan biri deyib ki, Ukrayanaya komandanlıq tərəfindən göndərilib və onu üç aydan sonra rotasiya qaydasında əvəz etməliymişlər.

Ukrayna hökuməti və Qərb Rusiyanı daim Ukraynaya qoşun göndərməkdə ittiham edir. Moskva bir qayda olaraq bu ittihamları rədd edir və bildirir ki, rusiyalılar Ukraynaya öz arzuları ilə "könüllü" kimi gedirlər.

Bu iki nəfər Rusiya ilə sərhəddən 20 kilometr aralıda yerləşən Sçastye şəhərində gedən döyüşdə yaralanıb.

Ukrayna tərəfi onlara qarşı terrorizm ittihamları irəli sürüb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü Iqor Konaşenkov deyib ki, Ukrayna qüvvələri əsir düşən bu iki nəfərlə qəddar davranıblar və onlardan işgəncə ilə ifadə alınıb.

Ukraynanın şərqindəki separatçılar isə ümumiyyətlə bildirirlər ki, bu iki nəfər "Luqansk Xalq Respublikası"nın milis dəstəsinin üzvləri olub.

Ukrayna tərəfi vurğulayıb ki, Sçastye məntəqəsində əsir alınan Aleksandr Aleksandrov Tolyattidəki xüsusi təyinatlı üçüncü briqadanın, Yevgeni Yerofeyev isə Kuybışevdəki Rusiya hərbi hissələrindən birinin əsgəridir.