12-28 iyun tarixlərində dünyanın diqqəti ilk dəfə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana yönələcək. 12-28 iyun tarixlərində dünyanın diqqəti ilk dəfə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana yönələcək.

“Uduzmağa haqqımız yoxdur” - Karateçilərin məşqindən REPORTAJ

12-28 iyun tarixlərində dünyanın diqqəti ilk dəfə keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana yönələcək.


Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq bu maraqlı yarış sözsüz ki, ölkəmizi dünyanın gündəminə daşıyacaq. Ümumilikdə 20 idman növü üzrə (16-sı Olimpiya, 4-ü qeyri-olimpiya) keçiriləcək oyunlara Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı qatılacaq.

17 gün müddətində ölkəsini təmsil edəcək idmançılar arasında Azərbaycanın digər idmançıları ilə yanaşı, karateçiləri də olacaq. Karateçilərimiz Bakıda "Şəfa" stadionundakı onlar üçün ayrılmış xüsusi zalda Birinci Avropa Oyunlarına ciddi hazırlıq məşqi keçirlər. Modern.az saytının əməkdaşı karateçilərimizin hazırlığını müşahidə edib.

Onlar bu ilin əvvəlindən məqşqlərə başlayıblar. Azərbaycan karateçiləri I Avropa Oyunlarında medallar qazanmaq əzmindədirlər. Bunu Modern.az-a Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev dedi.

O, əminliklə qeyd etdi ki, azərbaycanlı karateçilər bu möhtəşəm idman oyunda böyük qələbələr əldə edəcəklər.



Karate üzrə milli komandanın baş məşqçisi Rəhman Hətəmov bildirdi ki, Birinci Avropa Oyunlarında Azərbaycan karate üzrə 12 idmançı ilə təmsil olunacaq. Onlardan 10 nəfəri döyüş növündə, 2-si isə katada özlərini sınayacaqlar.

Baş məşqçi karateçilərdən Rafael Ağayev, Niyazi Əliyev və Ayxan Mamayevin adlarını xüsusilə vurğuladı. Onların bu yarışlarda böyük uğura imza atacaqlarını əminliklə bildirdi.

Rəhman Hətəmovun sözlərinə görə, Rafael Ağayev kimi dəfələrlə dünya və Avropa çempionu olmuş karateçidən, Niyazi Əliyev, Ayxan Mamayev kimi idmançılardan ancaq yüksək yerlər gözlənilir.

"Onların bu yarışlarda qələbə qazanacaqlarına heç bir şübhəmiz yoxdur".

Azərbaycanda idmana xüsusi qayğının göstərildiyini, bütün növlər üzrə hər cür şəraitin yardıldığını vurğulayan baş məşqçi karateçilərin də bu sahədə heç bir problem yaşamadığını söylədi.
Birinci Avropa Oyunlarında karateçilərimizin rəqiblərinə gəlincə, baş məqşçi bildirdi ki, artıq onlardan məlum olanlar var və əcnəbi idmançılara zəif demək olmaz.

Rəhman Hətəmov onu da bildirdi ki, Birinci Avropa Oyunlarında Ermənistan karateçiləri iştirak etməyəcəklər. Bu, erməni idmançıların yarışlara lisenziya ala bilməməkləri ilə bağlıdır.
R.Hətəmovun sözlərinə görə, Bakıya 20-yə yaxın ölkədən 100-dən artıq karateçi gələcək.

Bu yarışda Umümdünya Karate Federasiyasının prezidentinin də iştirak edəcəyi gözlənilir.

Rəhmən Hətəmov dedi ki, Azərbaycan Prezidentinin karate idman növünə olan qayğısı hər zaman karateçilər tərəfindən dəyərləndirilib. "Karate Olimpiya oyun növü deyil. Ancaq onun Birinci Avropa Oyunlarına daxil edilməsi karateyə Olimpiadaya doğru bir çığır açır. Və biz əminik ki, cənab Prezident İlham Əliyevin başlanğıcını qoyduğu bu təşəbbüs öz töhfəsini verəcək. Bununla da karate yaxın gələcəkdə Olimpiya oyunlarına daxil ediləcək".

Baş məşqçi Rəhman Hətəmov bildirdi ki, ölkəmizdə karatenin böyük ənənəsi, məktəbi var və bu sahədə möhkəm təməl qoyulub:

"Əlbəttə ki, bu işlərin başında Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev dayanır".

Müsahibimiz veteran karateçilərin - Əhməd Hətəmov, Yaşar Bəşirov, Mirəli Seyidovun uğur əldə edən gənc karateçilərin fəaliyyətində böyük əməyi olduğunu da xatırlatdı. Və onu da bildirdi ki, veteranların bütün bildiklərini gənc karateçilərə öyrətməsindən sonra idmançılarımızın Birinci Avropa Oyunlarında uğur qazanmaması mümkün deyil.



Daha sonra dünya çempionu Rafael Ağayev müsahibimiz oldu. R.Ağayev bildirdi ki, əvvəllər ciddi zədə aldığı üçün bir sıra mötəbər yarışlara qatıla bilməyib:

"Aldığım zədə ilə bağlı oyunlarda iştirak edə bilmirdim. 2015-ci ildən bir çox ölkələrdə yarışlarda iştirak edirəm. Sonuncu dəfə 50-ci Avropa Çempionatında iştirak etdim. Azərbaycanlılar həmişə karate yarışlarında öz sözünü deyiblər".

İdmançının sözlərinə görə, Bakıda dünyanın ən güclü karateçiləri onların rəqibləri olacaqlar.

İiyunun 12- də Birinci Avropa Oyunları başlayacaq, ertəsi gün isə karateçilər yarışa çıxacaqlar.

Rafael Ağayev əmindir ki, karateçilərimiz sayəsində Azərbaycan himni Birinci Avropa Oyunlarında səsləndiləcək.

"Bayrağımız yüksəklərdə dalağlanacaq, çünki karateçilərimizin bunu etməməyə haqqı yoxdu".

Müsahimiz karatesevərləri iyunun 13-də "Cristal Hall"da keçiriləcək yarışa baxmağa dəvət etdi.



Digər idmançımız Niyazi Əliyev də bu günə qədər azərbaycanlı karateçilərin hər zaman yaxşı nəticə göstərdiklərini söylədi.

"Bu oyunlarda da ciddi nəticələr göstərəcəyimizə əminik. Artıq ilin əvvəlindən bu nəticələrin əldə edilməsi üçün çalışırıq. Ev sahibliyi edəcəyimiz bu oyunda Azərbaycan karateçilərinin qələbə qazanamamağa haqları yoxdu".
Niyazi Əliyev ev sahibliyi məsləsinin psixoloji baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
"Bununla da bizim idmançılarımızın üzərinə çox böyük məsuliyyət düşür".