Səudiyyə Ərəbistanının Şərq əyalətində şiə məscidinə intiharçı bomba basqını törədilib. Səudiyyə Ərəbistanının Şərq əyalətində şiə məscidinə intiharçı bomba basqını törədilib.

Şiə məscidində bomba partladıldı – Ölənlər var

Səudiyyə Ərəbistanının Şərq əyalətində şiə məscidinə intiharçı bomba basqını törədilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı şahidlər Reuters agentliyinə bildirib.

Məlumata görə əl-Qədi kəndindəki İmam Əli məscidində güclü parlayış baş verib.

Partlayış nəticəsində tələfatın azı 30 nəfər ola biləcəyi təxmin edilir.
Partlayış üçün məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Livandakı Hizbullah media şəbəkəsinin əl-Mənar telekanalı partlayışa məruz qalmış məscidin görüntülərini yayıb.

Buradaca üstləri mələfə ilə örtülmüş cəsədlər görünür.

Səydiyyənin böyük şiə icması əsasən ölkənin şərqində yaşayır.
Burada şilələr öz hüquqları uğrunda tez-tez aksiyalar keçirirlər.

Bu partlayış Səudiyyə koalisiyasının Yəməndəki şiə husilər üzərinə hava bomba reydləri ilə eyni vaxta təsadüf edib.