“Elnur Hüseynov yüksək vətənpərvərliyi ilə də gözümüzdə ucaldı”. “Elnur Hüseynov yüksək vətənpərvərliyi ilə də gözümüzdə ucaldı”.

“Elnur Hüseynov gözümüzdə ucaldı” - Aydın Mirzəzadə

“Elnur Hüseynov yüksək vətənpərvərliyi ilə də gözümüzdə ucaldı”.


AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Eurovision 2015" mahnı müsabiqəsinin ikinci qrupundan finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçirib: "Konfransda finala vəsiqə qazanan Elnur Hüseynov da iştirak edirdi. Azərbaycandan olan media nümayəndəsi ondan mahnı ifa etməyi istəyib. Təmsilçimiz isə bundan imtina edib: "Bu an xoşbəxt və şən mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var. Azərbaycanlılar məni başa düşər".

A.Mirzəzadə onu da vurğulayıb ki, təmsilçimizin konfransda mayın 19-da Bakıda baş verən faciə ilə əlaqədar sinəsinə qara lent taxması da diqqətdən qaçmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az