Konqres polisinin rəisi polislə bağlı bir neçə xoşagəlməz epizodla əlaqədar Konqresin İnzibati İşlər Komitəsi qarşısında hesabat verib. Konqres polisinin rəisi polislə bağlı bir neçə xoşagəlməz epizodla əlaqədar Konqresin İnzibati İşlər Komitəsi qarşısında hesabat verib.

ABŞ Konqresinin polisi üçün tualet Təlimatı

Konqres polisinin rəisi polislə bağlı bir neçə xoşagəlməz epizodla əlaqədar Konqresin İnzibati İşlər Komitəsi qarşısında hesabat verib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Vaşinqton polisinin silahlı zabitlərinə ictimai ayaqyollarından istifadəsi barədə təlim keçilir.

2015-ci il ərzində polis zabitləri azı üç dəfə öz silahlarını tualetdə unudaraq çıxıblar.

Zabitlər intizam qaydasında tənbeh ediliblər. Hadisələrdən birində silahı uşaq tapıb.

Konqres polisinin rəisi Kim C Dine millət vəkillərinə bildirib ki, silahlı zabitlərə tualetlərdən istifadə barədə təlimatlar verilir.

Rəis deyib ki, polisin öz silahını tualetdə qoyub çıxmasına heç bir vəchlə haqq qazandırıla bilməz.

O bildirib ki, belə "unutqanlıq" təkrar olunduğu halda zabit, hətta işdən azad edilə bilər.