Bu gün Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının “Azərbaycan 2015” xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. Bu gün Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının “Azərbaycan 2015” xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

Leyla Əliyeva “İlin beynəlxalq dialoqu“ mükafatına layiq görüldü

Bu gün Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının “Azərbaycan 2015” xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə mayın 19-da Bakının Binəqədi rayonunda baş vermiş yanğında həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "The Business Year" jurnalını jurnalının regional direktoru Betül Çakaloğlu çıxışında bildirib ki, jurnalın heyəti 6 ay ərzində Azərbaycanda fəaliyyət göstərib: "Mən hörmətli Əli Həsənova bizə göstərdiyi dəstəyə görə öz təşəkkürümü bildirirəm. Bu, buraxılış bu yaxınlarda Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunub. Buraxılış 97 700 tirajla çap olunub. Jurnal təxminən 200-ə yaxın nüfuzlu konfransda paylanılacaq. Xüsusi buraxılışımız Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi ilə başlayır. Daha sonra Monako şahzadəsi Albert, Çex Respublikasının prezidenti Miloş Zeman, eyni zamanda Pakistan prezidenti, habelə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müsahibələri də xüsusi buraxılışda yer alıb".

Təqdimatda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkilləri və digər rəsmi qonaqlar, media nümayəndələri iştirak ediblər.

Təqdimatın sonunda "The Businees Year" jurnalının bir neçə nominasiyada təsis etdiyi mükafatlar üzrə qaliblərin adları elan olunub. İnsanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə "İlin beynəlxalq dialoqu mükafatına" İDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva layiq görülüb.

Azərbaycan dövlət siyasətinin təbliği və dövlət imicinin formalaşdırılması sahəsində və səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Business Year" şirkətinin xüsusi plakatına laiq görülüb.

Azərbaycanda idmanın inkişaf etdirilməsi sahəsində məqsədyönlü fəaliyyəti və uğurlarına görə isə Azərbaycan Gənclər və İdman Nazirliyi "İlin idman nazirliyi" mükafatı ilə təltif edilib. "Turanbank" "İlin yenilikçi bankı" elan olunub.

"Gilan & Knauf" şirkəti isə "İlin tikinti təchizatçısı" mükafatına layiq görülüb. Mükafatı şirkətinin baş direktoru Cəmil Muradova təqdim olunub.