Goranboyda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Goranboyda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Maşın dərəyə aşdı - 2 yaralı var

Goranboyda yol-nəqliyyat hadisəsi qeydə alınıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Borsunlu kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.