Gədəbəy şəhərində ikimərtəbəli ev partlayıb. Gədəbəy şəhərində ikimərtəbəli ev partlayıb.

Gədəbəydə partlayış – Bir nəfər yandı

Gədəbəy şəhərində ikimərtəbəli ev partlayıb.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazı sızıb və partlayış hadisəsi baş verib. Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb.

Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.