- Köhnə - İdman
- 23 May 2015 10:43
- 2 710
“Qarabağ”ın çempionluq medalı verildi - Atəşfəşanlıq olmadı (FOTO+VİDEO)
Futbol üzrə Topaz Premyer Liqasında XXXV tura yekun vurulub.
AzNews.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Peşəkar Futbol Liqasının saytında yer alıb.
Məlumata görə, "İnter" – "Qarabağ" (2-1) görüşündən sonra Topaz Premyer Liqasının qalibi "Qarabağ" və 2-ci yerin sahibi "İnter"ə medallar təqdim olunub.
Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
Bir neçə gün öncə ölkəmizdə baş vermiş məlum faciəyə görə mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq olmayıb.