“Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq”. “Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq”.

Abid Şərifovdan yanan bina ilə bağlı Açıqlama

“Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq”.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.

A. Şərifov vurğulayıb ki, artıq binada təmir-bərpa işlərinə start verilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.