Xəbər verildiyi kimi, Bakının Səbail rayonunda yerləşən jurnalistlərin binasının da üzlüyünün sökülməsinə başlanılıb. Söküntüyə səbəb kimi binanın örtüyünün yanğına həssas materialdan olduğu göstərilir. Xəbər verildiyi kimi, Bakının Səbail rayonunda yerləşən jurnalistlərin binasının da üzlüyünün sökülməsinə başlanılıb. Söküntüyə səbəb kimi binanın örtüyünün yanğına həssas materialdan olduğu göstərilir.

“Yalnız sütunlar söküləcək” - Jurnalistlərin binası haqda açıqlama

Xəbər verildiyi kimi, Bakının Səbail rayonunda yerləşən jurnalistlərin binasının da üzlüyünün sökülməsinə başlanılıb. Söküntüyə səbəb kimi binanın örtüyünün yanğına həssas materialdan olduğu göstərilir.

Həmin binada yaşayan tanınmış jurnalist Etibar Cəbrayıloğlu AzNews.az-a binaya vurulan üzlüyün tam sökülməyəcəyini deyib: "Binanın fasadının əksər yerləri tez yanan penoplastdan üzlənməyib. Bu səbəbdən yalnız sütunlar söküləcək".

Etibar Cəbrayıloğlu üzlüyün hansı şirkət tərəfindən vurulduğundan məlumatsız olduğunu vurğulayıb.

O, əlavə edib ki, "Azadlıq" prospektindəki yanğından sonra jurnalistlərin binası ciddi nəzarətə götürülüb: "Bu baxımdan sakinlər arasında narahatlıq yoxdur. Hər ehtimala qarşı binanın gecə işıqlandırma sistemi söndürülüb".

Bahar RÜSTƏMLİ
AzNews.az