Xəbər verildiyi kimi, ANS Televiziyası ATV telekanalının məşhur aparıcısı İlkin Həsənlini məhkəməyə verib. Xəbər verildiyi kimi, ANS Televiziyası ATV telekanalının məşhur aparıcısı İlkin Həsənlini məhkəməyə verib.

“Bizi danışmağa qoymurlar” – ATV rəsmisi

Xəbər verildiyi kimi, ANS Televiziyası ATV telekanalının məşhur aparıcısı İlkin Həsənlini məhkəməyə verib.

ATV-nin "Xəbərlər" redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu AzNews.az-a məsələdən xəbərdar olduğunu deyib.

"Ancaq bu mövzuda bizə danışmağa icazə vermirlər", - deyə jurnalist əlavə edib.

Qeyd edək ki, ANS Şirkətlər Qrupu barəsində səsləndirilən təhqirlərə görə ATV telekanalının əməkdaşı İlkin Həsənlini və "azxeber.com" saytını məhkəməyə verib.

Xatırladaq ki, ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet təqdim edilib. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisə təhlil edilib. ATV-nin əməkdaşı İlkin Həsənli isə ANS-in ünvanına təhqiramiz ifadələr işlədib.

Bahar RÜSTƏMLİ
AzNews.az