Binəqədidə yanan binadan 4 ailəni xilas edən fəhlə oğlanı atasının "dəli" adlandırması məsələ barədə müzakirələri qızışdırıb. Sosial şəbəkələrdə qəhrəman kimi təqdim edilən xilaskarın indi əqli çatışmazlığı olan şəxs kimi qələmə verilməsi birmənalı qarşılanmayıb. Binəqədidə yanan binadan 4 ailəni xilas edən fəhlə oğlanı atasının "dəli" adlandırması məsələ barədə müzakirələri qızışdırıb. Sosial şəbəkələrdə qəhrəman kimi təqdim edilən xilaskarın indi əqli çatışmazlığı olan şəxs kimi qələmə verilməsi birmənalı qarşılanmayıb.

4 ailəni xilas edən fəhlənin SƏS yazısı – Onu niyə dəli etdilər?

Binəqədidə yanan binadan 4 ailəni xilas edən fəhlə oğlanı atasının "dəli" adlandırması məsələ barədə müzakirələri qızışdırıb. Sosial şəbəkələrdə qəhrəman kimi təqdim edilən xilaskarın indi əqli çatışmazlığı olan şəxs kimi qələmə verilməsi birmənalı qarşılanmayıb.


Atasının Kamranın yalan danışdığını iddia etməsi və bunun doğru və ya yalan olmasını araşdırmadan bəzi mətbuat orqanları tərəfindən həqiqət kimi cəmiyyətə çatdırılması anlaşılmazlıq yaradır.

Belə bir məqamda Kamranın ilk açıqlamasını yayan mətbuat orqanı olaraq bəzi məsələləri oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik.

Əvvəla Kamran Babayev məsələsi ilə bağlı açıqlama xəbər saytlarında yayımlansa da, sözügedən şəxs ATV telekanalının reytinqli verilişlərindən birində milyonlar qarşısına çıxaraq bu hadisədən danışıb. Görəsən necə oldu ki, Kamranın qonaq olduğu verilişdə ekspertlər, verilişin aparıcısı Zaur Baxşəliyev, eləcə də digər şəxslər onun dəli olduğunu müşahidə etmədilər; həmin verilişə baxanlar onun əqli qüsurunu kəşf etmədilər? Xilaskarın yalan danışması hiss olunmur.

Amma Kamranın atasının APA TV-yə müsahibəsində onun yalan danışdığı aydın görünür. Biz fərziyyə irəli sürməkdən uzağıq - bir neçə dəlillərimiz də var.

Əvvəla, Kamranın atası APA-ya müsahibəsindən bir gün əvvəl AzNews.az-ın əməkdaşı ilə telefonla danışıb. O, Kamranla danışmaq istəyən əməkdaşımıza oğlunun yatdığını söyləsə də, bir neçə saniyə sonra bəlli olub ki, Kamran oyaqdır. Sadəcə atası Kamranı mediadan uzaq tutmağa çalışdığı üçün belə bir yalan uydurub. Kamranın atası haqqında geniş danışıb, onun səhhəti, müalicəsiylə bağlı məlumatlar verib, hətta oğlunun qəhrəmanlığndan qürurlandığını da ifadə edib. Lakin ata əməkdaşımıza oğlunun əqli çatışmazlığının olması ilə bağlı heç bir şey söyləməyib. Bir az sonra Kamranla danışmağa nail olan əməkdaşımız onun səhhətinin son vəziyyəti ilə bağlı məlumatlar alıb.

Bundan əlavə, Kamranın hadisə yerində olması, binaya daxil olmasını görənlər var. Məsələn, onun şəkillərini yayan fotoqraf Ehtiram Cəbi AzNews.az-a açıqlamasında deyib ki, şəkli hadisədən bir gün sonra hadisə yerində çəkib. Bildirib ki, Kamranın ona danışdıqları ilə AzNews.az-a müsahibəsi eynilik təşkil edir. Hadisə şahidləri də Facebook-da Kamranı hadisə yerində gördüklərini və orada kömək edtiyini yazıblar.

Belə olduğu halda atasının fikrini dəyişməsi, oğlunun dəli olması ilə bağlı fikirlər səsləndirməsi ortaya bir neçə sual çıxarır. AzNews.az-ın əldə etdiyi məlumata görə atasının bu cür açıqlama verməsi ona oğlunun istintaqa çağırılması ilə bağlı xəbərdarlıqdan sonra baş verib. Məlum olduğu kimi hadisəylə bağlı bina sakinləriylə yanaşı hadisə şahidləri və aidiyyəti qurumların əməkdaşları da dindirilir. Kamranın açıqlamasında binada baş verən hadisələrlə bağlı bir çox məqamlar (oğlanın özünü binadan atması kimi - red) istintaq üçün maraqlı ola bilərdi. Görünür, Kamranın atası oğlunun dindirilməsi ehtimalından narahat olub və onu məsuliyyətdən yayındırmaq üçün belə bir addım atıb.

Əlbəttə, başqa versiyalar da var, lakin hələlik onları tirajlamaq istəmirik.

İndiliksə, APA TV-nin müsahibədən sonra yayımladığımız materialla bağlı oxucularımız tərəfindən bir çox suallar yarandığı üçün Kamran Babayevlə əməkdaşımızın söhbətinin səs yazısını olduğu kmi təqdim edirik.