“Mənim əziz dostlarım. Hamınızdan bircə xahişim var. Məni ad günü münasibətilə təbrik etməyin. O dəhşətli qara tüstüdə həyatını itirən insanlardan, daha çox da o günahsız körpə mələklərin ruhundan utanıram”. “Mənim əziz dostlarım. Hamınızdan bircə xahişim var. Məni ad günü münasibətilə təbrik etməyin. O dəhşətli qara tüstüdə həyatını itirən insanlardan, daha çox da o günahsız körpə mələklərin ruhundan utanıram”.

“Məni təbrik etməyin, günahsız körpə mələklərin ruhundan utanıram”

“Mənim əziz dostlarım. Hamınızdan bircə xahişim var. Məni ad günü münasibətilə təbrik etməyin. O dəhşətli qara tüstüdə həyatını itirən insanlardan, daha çox da o günahsız körpə mələklərin ruhundan utanıram”.


AzNews.az xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Azərbaycanın tanınmış telejurnalistlərindən biri Telli Pənahqızı yazıb.

Ancaq bu müraciətə baxmayaraq Şəmsiyə Kərimova‎ adlı istifadəçi jurnalisti təbrik edib: "Telli xanım, bilirəm ki, o məlum hadisəyə görə "Məni təbrik etməyin" deyibsən, ancaq həyat davam edir. Sənin vətənini, xalqını sevən, millətinin kədəriylə kədərlənən, sevinciylə sevinən duyğulu bir insan olduğunu bilirəm. Səmimiyyətinə inanıram. Amma bu da bir həqiqətdir ki, həyat yalnız ağ-qara rəngdən ibarət deyil, başqa rəngləri də var. Bir yanda yas olanda, bir yanda toy olur. Hər ikisini özünə görə yaşamalıyıq. Bir ömür boyu yasda olmaq olmaz ki? Nə isə, sənin qoyduğun "qadağaya" baxmayaraq mən səni təbrik edirəm, həyatda sapsağlam bir ömür, işlərində uğurlar diləyirəm. Həyatın bütün gözəllikləri nəsibin olsun. Xəyalını qurduğun nə varsa, gerçəkliyə dönsün. Təbrik edirəm".

Telli xanım isə bundan sonra daha bir status yazıb: "Ünvanıma göndərdiyiniz təbriklərin hamısına cavab vermək mənim borcumdur. Xoş sözlərinizə, sevginizə, səmimi arzularınıza görə qarşınızda baş əyirəm. Məlum Binəqədi olaylarına görə sizdən rica etmişdim ki, mənimçün özəl olan bu günü o qədər də yada salıb məni utandırmayasınız, amma dostlarım hər təbrikdə xatırlatdılar ki, bu dünyanın xeyiri də, şəri də bizim çəkəcəyimiz qayğıdır".

Xalq artisti Afaq Bəşirqızı yazdığı təbrikdə Telli xanıma cansağlığı, həyatının mənalı, sevincli, dəyərli anlarla dolu gunlərinin çox olmasını arzulayıb.

Estrada müğənnisi Faiz Ağayev də təbrik yazmağı unutmayıb: "Əziz, sevimli, doğma insan. Qəlbən təbrik edirəm. Daima var olun, xoşbəxt-firavan yaşayın".

Xalq artisti Yasin Qarayev isə belə məzmunda bir təbrik yazıb:
"Əzizim Telli xanım. Qadının yaşını, kişinin də maaşını soruşmazlar. Siz XX və XXI əsrləri görüb, yaşayıb yaratmış yaradıcı kübar bir xanımsınız. Sizi çox istəyən bir insan kimi bu əziz gündə Tanrıdan bircə təvəqqəm olacaq. Qoy uca Tanrı sizə XX əsrdə yaşadıgınız illərin sayı qədər xoş müjdəli və mənalı illər versin".

Qeyd edək ki, Telli Pənahqızı 1954-cü il may ayının 24-də Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlayıb. "Günün ekranı" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifələrində çalışıb. Bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunub.

Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.