Bakıda yaşayış evində baş verən yanğın söndürülüb. Bakıda yaşayış evində baş verən yanğın söndürülüb.

Bakıda yaşayış evi yandı - 1 ölü (Yenilənib + Fotolar)

Bakıda yaşayış evində baş verən yanğın söndürülüb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, yaşayış evinin söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı ev sahibəsi, 1948-ci il təvəllüdlü Səlimova Tamilla Miryusif qızının yanmış meyiti aşkar edilib.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanıb.

***
10:22

Bakıda yaşayış evi yanır.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
image description image description image description