“Elnur Hüseynovun “Eurovision-2015”də məğlubiyyətinin birinci səbəbi onun müsabiqədə ifa etdiyi mahnının düzgün seçilməməsidir”. “Elnur Hüseynovun “Eurovision-2015”də məğlubiyyətinin birinci səbəbi onun müsabiqədə ifa etdiyi mahnının düzgün seçilməməsidir”.

Elnur niyə məğlub oldu? - Mübariz Tağıyevin şərhi

“Elnur Hüseynovun “Eurovision-2015”də məğlubiyyətinin birinci səbəbi onun müsabiqədə ifa etdiyi mahnının düzgün seçilməməsidir”.


Bunu AzNews.az-a xalq artisti, Azərbaycanın estrada ulduzu Mübariz Tağıyev deyib.

Sənətkarın fikrincə, hazırda musiqi duyumu olan insanlar azdır: "Bu müsabiqənin isə öz istiqaməti var. Yarı özfəaliyyətdir, yarı peşəkar. Çoxları bunu düşünmür. Bircə o olsun ki, çıxıb hər kəs dövlətlərini təmsil etsinlər. Bizdə də bir xəstəlik var ki, hər yerdə birinci olmaq istəyirik. Bu isə hər dəfə olmur".

M.Tağıyev vurğulayıb ki, bu günə kimi "Eurovision" müsabiqəsində Azərbaycan musiqi ladı eşidilməyib: "Mənim etirazım bunadır. Azərbaycanı təmsil edirsiniz, heç olmasa bir dövlətin ab-havasını duyun. Bunu yaddan çıxarmayın, nə olursa olsun, biz Azərbaycanı təmsil edirik. Bu günə kimi "Eurovision" müsabiqəsində elə bir mahnı olmayıb ki, Azərbaycanla bağlı olsun. Bilmirəm, səslənən mahnılar haradan gəlir? Bundan sonra qatılacağımız müsabiqələrdə bunu düşünmək lazımdır".

Xalq artisti təəssüf hissi ilə qeyd edib ki, bütün Avropa şərq musiqisinə üstünlük verir, ordan-burdan nəsə oğurlayır: "Biz isə əksinə gedirik. Bizim musiqi zəngindir. Yaşımın elə vaxtıdır ki, bunu deməliyəm. İstəyirlər qəbul etsinlər, ya da etməsinlər. Azərbaycan musiqisinin ladı və "Şur" üstündə yazılan mahnıları var. Niyə ondan istifadə etmirlər. Ümumiyyətlə, Elnur yaxşı oxudu, amma problem ayrı yerdəndir".

Xatırladaq ki, Avstriyanın paytaxtı Vyana şəhərində "Eurovision-2015" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov "Hour of the Wolf" mahnısını səsləndirib və 49 balla 12-ci yeri tutub. İsveç təmsilçisi Mons Selmerlöv isə 365 bal toplayaraq qalib olub.

Bahar RÜSTƏMLİ