İranın "Mashregh" qəzeti “ABŞ-ın Yaxın Şərqdəki terrora kömək etdiyi haqda həqiqətlər” adlı məqalə hazırlayıb. İranın "Mashregh" qəzeti “ABŞ-ın Yaxın Şərqdəki terrora kömək etdiyi haqda həqiqətlər” adlı məqalə hazırlayıb.

ABŞ-a qarşı yeni terror ittihamı: telefon dinləmələri, hərbi hücumlar, işgəncələr...

İranın "Mashregh" qəzeti “ABŞ-ın Yaxın Şərqdəki terrora kömək etdiyi haqda həqiqətlər” adlı məqalə hazırlayıb.


AzNews.az həmin məqaləni təqdim edir:

ABŞ-ın Nyu-York şəhərində 2 əkiz binanın "Əl-Qaida" terror təşkilatının "təyyarələri" tərəfindən hədəfə alınmasından sonra beynəlxalq əlaqələrdə yeni paradiqma yarandı.

Ağ Ev bütün gücü ilə yeni dünya hegemoniyasında birtərəfli şəkildə liderliyi ələ almaq üçün fəaliyyətə başladı. Terrorizmə qarşı mübarizə aparmaq üçün fövqəladə qərarlar çıxaran yeni təcavüzkar hərbi şirkətlər yarandı. Əslində isə onların məqsədi "dünya şousu" göstərmək üçün digər ölkələri buna cəlb etmək idi. Və bundan sonra dünyada, eləcə də ABŞ ictimaiyyətinin daxilində islamofobiya fenomeni meydana gəldi. Bu isə özünü bir çox sosial azadlıqlarda və insan hüquqlarının qorunmasında özünü biruzə verdi.

Telefon danışıqlarının dinlənilməsi, kortəbii hərbi hücumlar, işgəncələr, təhlükəsizliyin qorunması üçün yalandan düşünülən genosid qanuni status almağı bacardı.

Bu siyasətin nəticəsində Əfqanıstan və İraqa hücum edildi. Ağ Evin və Pentaqonun bir nömrəli vəzifəsi başqa ölkələrin daxili işlərinə qarışmaqla milli hakimiyyətləri dəyişdirməkdir. Ancaq Əfqanıstanın 10 illik işğalından və milyonlarla insanların ölümündən sonra İraqda yeni diskussiyalar başladı, taliblərin və terrorçuların pis və yaxşı cəhətləri müzakirə edildi.


Barak Obamanın prezidentliyi dövründən başlayaraq Ağ Ev özünün yeni strategiyasını həyata keçirir, xüsusilə terrora qarşı mübarizənin sona çatdığını elan edir. ABŞ-ın milli təhlükəsizliyinin yeni doktrinasının müəllifləri birbaşa hərbi əməliyyatlardan imtina etdilər və əsas qüvvəni Yaxın Şərqdəki münaqişə ocaqlarının yatırılmasına və gərginliyin aradan qaldırılmasına yönəltdilər.

O gündən bəri əməli işdə terrorizmə, takfirizmə və "Əl-Qaida"nın yeni qanadlarına qarşı mübarizə dayandırıldı. Ancaq bir vaxtlar bu işdə Mərkəzi Kəşfiyyat İdarəsi, ərəb ölkələrinin və Türkiyənin xüsisi xidmət orqanları birgə fəaliyyət göstərirdi.

İŞİD, "Cabxat An-Nusra", "Ahrar Aş-Şam", "Laşkyar-e Şam" və digər yeni qruplaşmaların hamısı birbaşa takfiristlərlə və "Əl-Qaida" ilə bağlıdır. Onlar hazırda Qərbin, ərəb ölkələri rejimlərinin və sionistlərin əsas təsiretmə gücünə çevriliblər.

Bu virusa öncə Suriya, Livan, sonra isə İraq, hətta Misir və digər ölkələrin bəzi regionları da yoluxdu. Terrorçular öncə özlərini "İslam Dövləti" kimi tanıtdılar. Terrorizmin yeni siması kimi onlar Amerika, sionist və ərəb rejimləri ilə sıx əlaqə saxlayır və Yaxın Şərqdə dini müharibə aparırlar. Hazırda terrorçular qarşılarına nə gəlirsə, vurub dağıdır, insanları qətlə yetirir. Bu isə İraqın, Suriyanın, Livanın və digər ölkələrin müstəqilliyinə böyük təhlükə yaradır. Terrorçuların vəhşiliyi zamanı mədəniyyət abidələri, sivilizasiya, tarix, humanizm, sülh danışıqları, insan resursları, mənəvi-dini dəyərlər məhv edilir.

İraqda İŞİD-ə və Amerikaya qarşı koalisiya yaradılıb. Bununla yanaşı ABŞ, BMT və Səudiyyə Ərəbistanı o yaraqlıların üzdəniraq siyahısını hazırlayırlar. Və bunun hansı məqsədlə edildiyi isə açıqlanmır.

Cavabı isə birmənalı şəkildə belədir: Səudiyyə Ərəbistanı, İsrail və digər ölkələr bu qruplaşmalara birbaşa himayədarlıq edir.