Sabah Bakıda bir neçə yol nəqliyyatın hərəkəti üçün bağlanacaq. Sabah Bakıda bir neçə yol nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Bu yollar bağlanacaq- Siyahı

Sabah Bakıda bir neçə yol nəqliyyatın hərəkəti üçün bağlanacaq.



Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib. Məlumata görə, paytaxt ərazisində I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar sabah saat 10:30-dan etibarən tədbir tam başa çatanadək paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar "Azneft" dairəsi, Neftçilər prospekti, "Azadlıq" meydanı, Yusif Səfərov küçəsi, "10-cu zavod" dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun "Koroğlu" stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin istiqaməti dəyişdiriləcək. "Azneft" dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də "Cavanşir" körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə "Azadlıq" meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrində nəqliyyatın hərəkəti üçün bağlanacaq. V.Əsədov sürücülərə müraciətində bildirib ki, göstərilən yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiyi üçün paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və "20 Yanvar" dairəsi istiqamətində hərəkət etmələri, eləcə də "20-ci sahə" dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət etmələri tövsiyə olunur.