Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib. Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.

FHN-in Akademiyasında beynəlxalq videokonfrans keçirildi- FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.



AzNews.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, beynəlxalq videokonfransa Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Qomel Mühəndislər İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Komandir-Mühəndislər İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Yenidənhazırlıq və ixtisasartırma İnstitutu, Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının professor-müəllim heyəti qatılıblar.

FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanovun sədrliyi ilə keçirilən beynəlxalq videokonfransda "İlk Avropa oyunlarına hazırlıq və oyunların təşkili zamanı təhlükəsizliyin təmin olunması", "Kütləvi tədbirlərin keçirilməsi zamanı idman qurğularının mühəndis təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi", "İdman-kütləvi tədbirlərin keçirilməsi zamanı fövqəladə halların xəbərdar edilməsinin xüsusiyyətləri", "Mobil yanğınsöndürmə bölmələrinin yaradılması ilə idman obyektlərinin yanğın təhlükəsizliyini yüksəltmək" və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

İştirakçılar bu cür videokonfransların səmərəliliyini vurğulayaraq gələcəkdə də davam etdirilməsinin vacibliyini bildiriblər.
image description