“Dilqəm Əsgərovun məktubunda bəzi cümlələrin qaralanmasının səbəbi onların ailə ilə bağlı məlumatlar olmamasıdır”. “Dilqəm Əsgərovun məktubunda bəzi cümlələrin qaralanmasının səbəbi onların ailə ilə bağlı məlumatlar olmamasıdır”.

Dilqəmin məktubunu kim və niyə sildi? - RƏSMİ AÇIQLAMA

“Dilqəm Əsgərovun məktubunda bəzi cümlələrin qaralanmasının səbəbi onların ailə ilə bağlı məlumatlar olmamasıdır”.



Bunu AzVision.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

BQXK rəsmisi Dilqəm Əsgərovun məktubunda silinən cümlələrdən xəbərdar olduqlarını bildirib.

"Beynəlxalq Qızıl Xaç Komitəsi ailələrə açıq məktublar çatdırıb. Həmin məktublarda isə ailə məlumatları olur. Əgər məktubda ailə məlumatları yoxdursa, onları həm rəsmilərin, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin senzuradan keçirmək hüquq var. Bu baxımdan məktubdan hər hansı bir məlumat silinibsə, demək ki, o ailə məlumatı deyil".

Qeyd edək ki, erməni girovluğunda olan D. Əsgərovun məktubu bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə ailəsinə çatırılıb. Məktubda D. Əsgərovun cümlələrinin çox hissəsinin qaralandığı bildirilir.

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.