Çinli milyarder Van Tszyanlinin oğlu Van Sıtsun itinə “Apple Watch” markalı iki ədəd qızıl saat alıb. Çinli milyarder Van Tszyanlinin oğlu Van Sıtsun itinə “Apple Watch” markalı iki ədəd qızıl saat alıb.

İtinə 28 min dollarlıq qızıl saat aldı

Çinli milyarder Van Tszyanlinin oğlu Van Sıtsun itinə “Apple Watch” markalı iki ədəd qızıl saat alıb.



Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, o, itinin fotosunu saytlardan birindəki bloqda yerləşdirib.

V.Sıtsun bloqunda itin adından yazıb: "Mənim yeni saatım var. Əslində isə dörd olmalıdır, çünki dörd ayağım var. Lakin bu, həddən artıq və bayağı olardı".

Çində "Apple Watch" markalı qızıl saatların qiyməti 14 min dollardan çoxdur. Deməli, milyarderin oğlu itinə dəyəri 28 min dollardan çox olan hədiyyə alıb.