Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb. Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.

XİN başçısı küveytli həmkarı ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.



Xarici İşlər Nazirliyindən AzNews.az-a daxil olan məlumata görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Məlumata görə, bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd edilib.

Görüşdə həmçinin hökumətlərarası komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumları, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulandı.