Tacikistan Daxili İşlər Nazirliyinin (DİN) polkovniki Qulmurd Xalimov İŞİD-ə qoşulduğunu elan edib. Tacikistan Daxili İşlər Nazirliyinin (DİN) polkovniki Qulmurd Xalimov İŞİD-ə qoşulduğunu elan edib.

İŞİD-ə qoşulan polkovnikin müraciəti yayıldı

Tacikistan Daxili İşlər Nazirliyinin (DİN) polkovniki Qulmurd Xalimov İŞİD-ə qoşulduğunu elan edib.


AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Xalimov bu barədə internetdə yaydığı videoyazı vasitəsilə məlumat verib.

Polkovnikin rus dilində yayılan videomüraciətinin Suriyada çəkildiyi ehtimal edilir. Tacikistanda xüsusi təyinatlı polis dəstəsinin komandiri olan Xalimov bu ilin aprelindən yoxa çıxmışdı.

Polkovnik İŞİD-ə Tacikistan hökumətinin siyasətinə etiraz olaraq qoşulduğunu bildirib. Dediyinə görə, ölkəsində ona namaz qılmağa və İslami geyim geyinməyə icazə verilmirdi.

Tacikistan hökuməti videoyazını şərh etməkdən imtina edib.