Bakıda üzlükləri sökülən binaların çoxu bu görkəmdə olacaq. Yanğına həssas üzlüklərin söküldüyü binaların fasadı betopan materiallarla üzlənəcək. Bakıda üzlükləri sökülən binaların çoxu bu görkəmdə olacaq. Yanğına həssas üzlüklərin söküldüyü binaların fasadı betopan materiallarla üzlənəcək.

Binalar yanğın təhlükəsi olmayan betopanla üzlənir - Reportaj

Bakıda üzlükləri sökülən binaların çoxu bu görkəmdə olacaq. Yanğına həssas üzlüklərin söküldüyü binaların fasadı betopan materiallarla üzlənəcək.


"Paytaxt Bakıda binaların fasadından yanğına həssas üzlüklərin sökülməsi başa çatdı. Artıq bir çox binalarda təmir-bərpa işlərinə başlanılıb. Binalarda dəmir konstruksiyalar söküldükdən sonra boya ilə boyanacaq, bəzi hissələri isə betopan deyilən materialla örtüləcək. Tərkibində beton qarışığı olan bu material yanğına qarşı davamlıdır".

Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra paytaxtın bir çox nöqtələrində fasadların sökülməsi işləri demək olar ki, yekunlaşıb. Xətai rayonunda yerləşən 15 bina tez alışan üzlüklərdən təmizlənib. Tikinti şirkəti artıq vurulacaq yeni üzlüyü də müəyyən edib. Şirkətin nümayəndəsi Elçin Abbasov binanın fasadının yenidən qurulduğunu deyib: "Binanı yenidən təmir edirik. Bəzi yerlərə betopan materialı vuracağıq. Yanmaya davamlıdır. Avropa Oyunlarına qədər çalışacağıq işimizi bitirək. Oyunlardan sonra isə davam edəcəyik. Balkonun bəzi açıq yerləri var, ora vurulacaq. Yanmayan materialdır, o birilər kimi deyil. Betopan vurub, üzərini boyayacağıq".

Ustalar bildirib ki, tikinti sektorunda əsas istifadə edilən material olan betopan yanmaya, çürüməyə, suya, rütubətə davamlıdır. Keramika tərkibli bu üzlüklər vurulduqdan sonra binalar fasad boyaları ilə boyanacaq. Usta Asif Əliyev betopanın fasadın müəyyən hissələrinə vurulacağını deyir: "Bu binanın müəyyən hissələrinə vurulacaq. Tərkibində taxta yoxdur. Qorxusuz materialdır".

Bakıxanov qəsəbəsində də işlər davam etdirilir. Dəmir konstruksiyaların sökülməsi işləri başa çatdıqdan sonra binanın fasadı boyanacaq. Bu işlərə yaxın günlərdə başlanılacaq.
Təmir-bərpa işləri Səbail, Yasamal, Binəqədi rayonunda da aparılır. İşlərin qısa müddətdə başa çatması üçün prosesə xeyli sayda canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, betopan materialı sement tərkibli üzlük materialıdır, uzun illərdir xarici ölkələrdə, o cümlədən Türkiyədə binaların fasadının üzlənməsində istifadə olunur. Betopanın forması onun üzərində rəngləmə işi aparmağa imkan verir, rəngləmə zamanı çox zaman açıq rənglərdən istifadə olunduğundan əhali bu materialı taxta lövhələrlə qarışdırır. Betopanın əsas özəlliklərindən biri maya dəyərinin az olması və ekoloji cəhətdən təmizliyidir.