DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan iş adamı Adnan Məmmədov həbsdən azad edilib. DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan iş adamı Adnan Məmmədov həbsdən azad edilib.

“Bandotdel” daha bir biznesmeni azad etdi

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan iş adamı Adnan Məmmədov həbsdən azad edilib.


AzNews.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

Məlumata görə, biznesmen Adnan Məmmədovun adı Azərbaycan Beynəlxalq Bankının Dubay filialındakı maliyyə pozuntuları məsələsinə dair işdə keçirdi.

Qeyd edək ki, bu iş üzrə daha bir biznesmenin adı keçir. Bu, Azərbaycan Beynəlxalq Bankının Dubay filialının keçmiş rəhbəri Adil Hüseynovdur. Adil Hüseynov Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilən və daha çox "qara polkovnik" kimi tanınan Fətulla Hüseynovun oğludur.

Biznesmen Adnan Məmmədov həbs edilən Adil Hüseynovun qaynıdır.

Xatırladaq ki, kredit qalmaqalına görə saxlanmış daha bir iş adamı - oliqarx Hacı İbrahim Nehrəmli də dünən "Bandotdel"dən sərbəst buraxılıb.