"Fəxr edirəm ki, ölkəmi belə bir mötəbər yarışda təmsil edəcəyəm. "Fəxr edirəm ki, ölkəmi belə bir mötəbər yarışda təmsil edəcəyəm.

“Fəxr edirəm ki, Serbiyanı I Avropa Oyunlarında təmsil edəcəyəm“

"Fəxr edirəm ki, ölkəmi belə bir mötəbər yarışda təmsil edəcəyəm.

Bu Oyunların məsuliyyətini yaxşı dərk edirəm. Bakıda böyük uğur qazanmaq və Serbiyanı ləyaqətlə təmsil etmək istərdim". Bu sözləri Birinci Avropa Oyunlarında Serbiyanı sambo üzrə təmsil edəcək İvana Yandriç bildirib.

AzNews.az Baku 2015-ə istinadən xəbər verir ki, iyirmi bir yaşlı idmançı 68 kq çəki dərəcəsində ölkəsi Serbiya üçün mübarizə aparacaq. O, Azərbaycana sadəcə xal toplamaq üçün gəlmir. Bu barədə açıqlama verən 21 yaşlı idmançı İ.Yandriç medal uğrunda mübarizəyə hazır olduğunu söyləyib: "Birinci Avropa Oyunlarına gəlişimi səbirsizliklə gözləyirəm. Mən Bakıda medal qazanmaq istəyirəm".

İlk Avropa Oyunlarında medala yiyələnmək onun üçün heç də təəccüblü olmayacaq. Belə ki, İ.Yandriç 2015-ci ildə sambo üzrə Avropa Çempionatında bürünc medal əldə edib. O, bu yarışı 80 kq-dan artıq çəki dərəcəsində başa vursa da, Bakı 2015-də 68 kq çəkidə yarışacaq.

2013-cü ildə keçirilmiş Ümumdünya Əlbəyaxa Döyüş Yarışlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanan İ.Yandriç Bakı 2015 Avropa Oyunlarında uğur qazanacağına inandığını bildirib.