“Düşmənlərimiz bizi barbar kimi tanıdır”. “Düşmənlərimiz bizi barbar kimi tanıdır”.

“Biz bu vəziyyətdən istifadə etməliyik...”

“Düşmənlərimiz bizi barbar kimi tanıdır”.



Bu sözləri Bakı-2015 İlk Avropa Oyunları ilə bağlı danışan xalq artisti Nurəddin Mehdixanlı Axar.az-a bildirib: "Biz bu oyunlarla bütün dünyaya müstəqil bir dövlət kimi varlığımızı bəyan edirik. Bu özümüzü tanıtmaq üçün çox gözəl fürsətdir. Ölkəmin mədəniyyətini, tarixini, təbiətini dünyaya çıxarmaq imkanı yaranırsa, biz bundan mütləq şəkildə istifadə etməliyik. Düşmənlərimiz bizi dünyaya vəhşi, barbar, mədəniyyətsiz bir xalq kimi tanıdır. Amma Avropa gəlib görəcək ki, biz böyük mədəniyyəti, qədim tarixi, gözəl, sağlam, mehriban insanları olan bir millətik. Kimlərin necə yanaşmasından asılı olmayaraq, bu gün Azərbaycan müstəqil bir dövlətdir: öz milli valyutamız, öz bayrağımız, öz pasportumuz var! Bunun əhəmiyyətini bilmək lazımdır". Xatırladaq ki, 12-28 iyun tarixində ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarına 15 gün qalıb.