ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova hicablı xanımları təhqir edib. ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova hicablı xanımları təhqir edib.

ANS-in aparıcısı hicablıları təhqir etdi – Dindarlar etiraza qalxdı: "Qan töküləcək" (Video) (Yenilənib)

ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova hicablı xanımları təhqir edib.


AzNews.az xəbər verir E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları "bayquş"a bənzədib. Üstəlik, o, qara çadra geyinənlərin neqativ enerji yaydığını bildirib. Bundan qəzəblənən bir qrup hicablı xanım ANS rəhbərliyinə etirazlarını bildiriblər.

Onlar kanal rəhbərliyinə müraciət edərək Elnarə Təhməzovanın üzr istəməsini tələb edirlər: "Biz heç kimin geyiminə qarışmırıq. Kim istəyər başını bağlayar, kim istəyər çadra örtər. Bəs bizim çadramıza niyə qarışırlar? Biz onun efirdən uzaqlaşdırılmasını, ya da efir vasitəsilə hicablılardan üzr istəməsini tələb edirik. Tələbimiz tez bir zamanda yerinə yetirilməsə, onda hüququmuzu başqa cür qoruyacağıq".

***

ANS efirində yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Məsələ ilə bağlı ANS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov AzNews.az-a deyib ki, aparıcı konkret kimisə təhqir etməyib: "Çox adam çox şey yaza bilər. Xoşlarına gəlmir baxmasınlar. Hamı indi tələb edir. Gözümüz aydın, nə qədər kanal var, başqasına baxsınlar. O aparıcı konkret kimisə təhqir etməyib".

M.Məmmədov aparıcıya heç bir xəbərdarlığın olunmayacağını bildirib: "Mən başa düşmürəm, niyə aparıcıya xəbərdarlıq olunmalıdır ki? Azad şirkətin azad jurnalistidir. Sabah da deyərlər ki, paltarı xoşlarına gəlmir, buna görə biz kimisə işdən çıxarmalıyıq?"

***

"Elnarə Təhməzovanın o ifadəni işlətməsi təbii ki, doğru deyil".

Bunu AzNews.az-a ilahiyyatçi alim Elşad Miri ANS-in efirində yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

İlahiyyatçı bunun səbəbini Azərbaycan kanallarında dini xarakterli verilişlərin olmaması ilə əlaqələndirib: "Mən o kadra baxdım, Elnarə xanımın fikirlərinə qulaq asdım. Əfsuslar olsun ki, elə həmin kanalın özündə bir dənə də olsun dini veriliş yayımlanmır. Az qala aparıcıların hamısı dindən danışmağa çalışır. Bu gün orta məktəblərdə, universitetlərdə dini təhsilin olmaması insanların bilgisizliyindən qaynaqlanan bəzi məsələlərin bu cür hallandırılmasına gətirib çıxarır. Bu, sadəcə olaraq, doğru yanaşma tərzi deyil".

E.Miri bildirib ki, əgər bir narazılıq varsa, islamda baş örtüyünün nə olduğunu düzgün şəkildə işıqlandırmaq üçün bir veriliş hazırlamaq lazımdır.

Qeyd edək ki, "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova çadra örtən xanımları "bayquş"a bənzədib.


Qalmaqala səbəb olan verilişdən həmin epizodu təqdim edirik:



***

ANS-in "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları "bayquş"a bənzətməsi dindarların etirazına səbəb olub.

Onlar ANS rəhbərliyindən efirdə gedən bu ifadələrə görə kanalın üzr istəməsini tələb ediblər. ANS-in "bəyənmirlər, baxmasınlar" açıqlaması isə onları özündən çıxarıb.

AzNews.az xəbər verir ki, dindarlar bu gün ANS-ə gediblər. Onlar aparıcının üzr istəməsini, əks halda qan töküləcəyini deyiblər.

Aparıcının hicablı xanımları təhqir etməsi ilə bağlı yazımızı BURADAN oxuya bilərsiniz.

Dindarların ANS-ə gedərək aparıcının üzr istəməsini tələb etdiyi videonu təqdim edirik: