“Qanun” nəşrlər evi satışa yeni kitablar çıxarıb. “Qanun” nəşrlər evi satışa yeni kitablar çıxarıb.

Ferrarisini satmış rahibin – Hekayəsi

“Qanun” nəşrlər evi satışa yeni kitablar çıxarıb.


AzNews.az xəbər verir ki, yeni nəşrlər sırasında beynəlxalq bestsellərə çevrilmiş "Ferrarisini satmış rahibdən liderlik dərsləri" əsəri də var.



Robin Şarmanın bu əsəri sizə təşkilatınızda inam, öhdəlik və etibarı necə bərpa etməyi öyrədəcək, eyni zamanda o sizin həyat tərzinizi dəyişəcək. Uzaqgörən liderliyə praktik təlimatlar və həvəsləndirici əfsanə olan Liderlik Hikməti həqiqi mənada beynəlxalq bestseller olana Ferrarisini satmış Rahibin davamıdır. O mübarizə aparan proqram şirkətinin məyus sahibi Piter Franklinin hekayətini nəql edir. Hər şeyin Piter üçün ümidsiz göründüyü bir zamanda gənc rahib onun qarşısına çıxır və ona öz biznesinin taleyini necə dəyişə biləcəyinə dair məsləhətlər verir. Piter gənc rahibin əslində onun çoxdan yoxa çıxmış dostu Culian Metl olduğunu, qeyri-adi Hindistan səfərindən geri döndüyünü və uzaqgörən liderliyə dair əbədi hikmətləri onunla bölüşməyə hazır olduğunu öyrəndikdə məəttəl qalır. Asan istifadə ediləcək səkkiz addımlıq təlim sistemində əks olunmuş bu ilhamlandırıcı məsəl sizə komanda yaratmağın, gəlirlərin artırılmasının və effektivliyin sirlərini, təzyiq altında belə yaradıcı və yenilikçi olmaq, gənc komandanı həvəsləndirmək və inkişaf etdirmək, insanların həyatını pozitiv dəyişmək kimi bacarıqlar öyrədəcək.

Kitabın Azərbaycan dilinə tərcüməsi Nigar Günəşliyə məxsusdur.

Nəşr olunan digər kitab Con Qrinin "Eyni Ulduzun Altında" əsəridir.



Kitabda xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, ölümcül xəstəliyinin hekayəsi yer alıb. Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb. Aqust Vaters adlı yaraşıqlı bir obrazın "Xərçəng Xəstəsi Uşaqlar Üçün Dəstək Qrupuna" gəldiyi gündən Hazelin həyatı tamamilə başqa istiqamətə yönəlir və bu ağıllı oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur.

Con Qrin təvazökar bir üslubda və bütün səmimiyyətiylə qələmə aldığı romanda yaşamağın və sevməyin həyəcanlı, gülməli və faciəvi cəhətlərini bütün çılpaqlığıyla təsvir edir...

Kitabın ingiliscədən tərcüməsi Ziyad Quluzadəyə aiddir.


2014-cü ilin Nobel Mükafatı laureatının ikinci kitabı olan "Qaranlıq otaqlar küçəsi" də satışa çıxan kitablar sırasındadır.



Patrik Modianonun müəllifi olduğu əsərdə xüsusi polis agenti Qay Roland illər öncə yoxa çıxıb, lakin onu tanımadığı bir adamın axtarışına çıxmağa kim vadar edib? Uzun illər məruz qaldığı amneziya xəstəliyi? Axtarış boyunca bu şəxs haqqında ətraflı məlumat toplayır. Bəlkə də, bu şəxs elə onun özüdür. Əvvəlki adı Pedro Mkevoy olan bu şəxsin gənclik illərinin Deniz Kudrez, Freddi Hovard de Luz, Qay Orlou, Dede Vildmer, Skuffi, Rubiroza, Sonaşitze kimi tanışları da, onun öyrənmək istədiklərinin şahididirlər.

Əsəri fransızcadan tərcümə edən Aysel Namazəliyevadır.


Digər kitab isə detektiv əsərləsin kraliçası hesab olunan Aqata Kristinin "Səssiz şahid" əsəridir.



Bu, Aqata Kristinin dramatikliyi ilə seçilən romanlarından biridir. Əsərdə Erkül Puaronun öz iti zəkası, fəhmi ilə daha bir cinayət hadisəsinin üstünü açmasından bəhs edilir. Bu cinayət də çox zaman olduğu kimi tamah məqsədilə törədilib. Həm də qatil bir özgəsi deyil, qurbanın yaxın qohumlarından biridir. Lakin bu, onlardan hansıdır? Çünki özündən sonraya xeyli miras qoyub gedəcək yaşlı qarının ölümündə az qala qohumunun hamısı maraqlıdır. Bununla belə onlardan biri tələsib və qarının öz əcəli ilə ölümünü gözləməyib. Əsərin sonunda Puaro oxucular üçün də gözlənilməz olaraq sahibə xanımın ölümünü kimin təşkil etdiyini tapır.

Tərcüməsi Ülviyyə Ağayevaya aiddir.