“Birinci Avropa Oyunlarının bağlanışı açılışı mərasimini tamamladı. Möhtəşəm gecə idi”. “Birinci Avropa Oyunlarının bağlanışı açılışı mərasimini tamamladı. Möhtəşəm gecə idi”.

“Onu heç kim mənimsəyə bilməz” - Xalq artisti

“Birinci Avropa Oyunlarının bağlanışı açılışı mərasimini tamamladı. Möhtəşəm gecə idi”.


Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib. O, bildirib ki, mərasimdə Azərbaycan milli musiqi alətlərinin ifaları dünyaya bir təqdimat idi: "Hər şey milli üslubda idi. Nağara, tar, kamança, balaban.. Kamançanın ayrıca solo ifası Azərbaycana məxsusluğundan xəbər verirdi. Mənfur qonşularımız bizim musiqi alətlərini adlarına çıxırlar. Bu tədbir sübut elədi ki, kamança Azərbaycanındı və onu heç kim mənimsəyə bilməz". M.İbrahimov onu da qeyd edib ki, Birinci Avropa Oyunları Azərbaycan dövlətinin qüdrətinin göstəricisi oldu: "Bu hadisə uzun illər insanların yaddaşından silinməyəcək. Azərbaycan yeni bir tarix yazdı".

Bahar RÜSTƏMLİ
AzNews.az