Azərbaycanın xalq artisti, müğənni Faiq Ağayev prezident İlham Əliyevə məktub yazıb. Azərbaycanın xalq artisti, müğənni Faiq Ağayev prezident İlham Əliyevə məktub yazıb.

Faiq Ağayevdən prezidentə - Məktub (Mətn)

Azərbaycanın xalq artisti, müğənni Faiq Ağayev prezident İlham Əliyevə məktub yazıb.


AzNews.az xəbər verir ki, F.Ağayev məktubunda prezidenti və onun xanımını Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbrik edib. Sözügedən məktubun mətnini olduğu kimi təqdim edirik:

"Möhtərəm Cənab Prezident!

Son 17 gün Odlar Yurdu, Vətənimiz Azərbaycan möhtəşəm idman bayramı, tarixdə ilk dəfə keçirilən Avropa oyunlarına ev sahibliyi etdi. Bu günlərdə tək Avropanın deyil, dünyanın 4 bir tərəfin diqqəti gənc bir dövlətə, müstəqilliyinin 24 illiyində öz iqtisadi inkişafı və müstəqil siyasəti ilə dillərdə olan Azərbaycana yönəlmişdir.

Qədim Avropanın birləşmiş idman çempionatını bizə etibar etməsi faktı böyük fərəh hissi ilə bərabər, həm də misilsiz həyəcan demək idi. Lakin hazırlıq müddətinə sadəcə 2 ilə yaxın bir zamanın ayrılmasına baxmayaraq, yetkil rəy çox gürürlandırıcı oldu. Hər kəs, gənc Azərbaycanın dostları da, uğurlarımızdan qıcıqlananlar da bir həqiqəti etiraf etməli oldu – ilk Avropa oyunları dünya Olimpiya oyunları səviyyəsində keçirildi.

Lakin bu danılmaz uğurlar bəzən heç də dostluq və xoş niyyət şəraitində əldə olunmadı. Başlıca olimpiya prinsiplərindən olan dostluq, sağlam rəqabət, idmanın siyasətdən üstünlüyü bir çox güvələr tərəfindən pozularaq, ölkəmizə qarşı ikili standartlar tətbiq olundu, qara PR kampaniyası aparıldı. Amma bu gün əminliklə demək olar ki, bu savaşda Azərbaycan qalib oldu, qələbənin müəllifi isə Siz oldunuz, Cənab Prezident!

Bu titanık əməyin böyük bir hissəsini sərəncamınız ilə Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva üzərinə götürdü. Və o, minlərlə insanın, yüzlərlə qürumların işini təşkil edərək, bu şərəfli və çətin işi qüsursuz həyata keçirdi, bu unudulmaz səhifəni Sizinlə bərabər tarixə həkk etdi.

Zati aliləri!

Bir daha Sizi, Mehriban xanımı və bütün Azərbaycan Xalqını bu möhtəşəm uğur münasibəti ilə təbrik edir, Vətənimizə yeni qələbələr arzu edirəm!"