Xəbər verdiyimiz kimi, bu gün “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. Xəbər verdiyimiz kimi, bu gün “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

İlham Əliyev Mehriban Əliyevanı belə mükafatlandırdı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.


"Qafqazinfo"nun məlumatına görə, mərasimdə Prezident İlham Əliyev, xanımı-"Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xaraici tərəfdaşlarla görüşdə iştirak ediblər.

Çıxış edən prezident Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb:

"Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu..."

Mehriban Əliyeva da öz növbəsində İlham Əliyevə təşəkkürünü bildirib:

"İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun".