Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyəti ortaq layihəsini musiqi ictimaiyyətinə təqdim edəcək. Ortaq layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək". Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyəti ortaq layihəsini musiqi ictimaiyyətinə təqdim edəcək. Ortaq layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək".

Türkiyə və Azərbaycan musiqiçilərindən ortaq layihə

Yaxın günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyəti ortaq layihəsini musiqi ictimaiyyətinə təqdim edəcək. Ortaq layihədə hər iki tərəfdən 6 bəstəkar və 6 şair iştirak edəcək".


Report xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib.

Onun sözlərinə görə, möhtəşəm musiqi layihəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək: "Layihənin təqdimatı isə hər iki ölkədə keçiriləcək".

Layihədə iştirak edəcək şair və bəstəkarların adlarının hələ tam məlum olmadığını deyən Firəngiz Əlizadə, belə qarşılıqlı tədbirlərin və layihələrin keçirilməsinin iki ölkənin musiqi sənəti üçün vacib göstərici olduğunu vurğulayıb.