Bakının Səbail rayonunda, Şəhidlər Xiyabanında özünü asan tələbənin ölüm səbəblərinə rəsmi olaraq aydınlıq gətirilməsə də, baş verən intihar barədə müxtəlif şaiyələr gəzir. Bəzi kütləvi informasiya vasitələrində 1996-cı il təvəllüdlü, Yevlax rayon sakini Ağalar Əflatun oğlu Ağalarlının sevgi üzündən intihar etdiyi bildirilir. Bəziləri isə onun kasıblıq üzündən canına qıydığını deyir. Bakının Səbail rayonunda, Şəhidlər Xiyabanında özünü asan tələbənin ölüm səbəblərinə rəsmi olaraq aydınlıq gətirilməsə də, baş verən intihar barədə müxtəlif şaiyələr gəzir. Bəzi kütləvi informasiya vasitələrində 1996-cı il təvəllüdlü, Yevlax rayon sakini Ağalar Əflatun oğlu Ağalarlının sevgi üzündən intihar etdiyi bildirilir. Bəziləri isə onun kasıblıq üzündən canına qıydığını deyir.

Şəhidlər Xiyabanında özünü asan tələbənin ölüm sirri

Bakının Səbail rayonunda, Şəhidlər Xiyabanında özünü asan tələbənin ölüm səbəblərinə rəsmi olaraq aydınlıq gətirilməsə də, baş verən intihar barədə müxtəlif şaiyələr gəzir. Bəzi kütləvi informasiya vasitələrində 1996-cı il təvəllüdlü, Yevlax rayon sakini Ağalar Əflatun oğlu Ağalarlının sevgi üzündən intihar etdiyi bildirilir. Bəziləri isə onun kasıblıq üzündən canına qıydığını deyir.


Ağalar Ağalarlı Yevlax rayonuun Ərəş kəndindəndir. O, Bakıda Texniki Universitetin "Energetika" fakultəsinin II kursunda təhsil alırdı. Onun ailə tərkibi və yaşayış səviyyəsini öyrənmək üçün Ərəş kənd nümayəndəliyilə əlaqə saxladıq. Nümayəndə rəsmisi Knyaz Məmmədovun anspress-ə verdiyi məlumata görə, Ağalar Ağalarlı evin kiçik oğlu olub. Ondan böyük Fərid adlı qardaşı var. Fərid Dövlət İqtisad Universitetinin III kurs tələbəsidir.

"Ağalar Ağalarlının atası 6 il bundan əvvəl rəhmətə gedib. Anasının himayəsində yaşayırlar. Ailənin maddi durumu orta səviyyədədir. Dünən uşağı dəfn etmişik. Deyilənlərə görə, Ağalar Ağalarlı özünü imtahandan kəsildiyi üçün öldürüb", - deyə Knyaz Məmmədov bildirib.

İntihar hadisəsilə bağlı rayon Səbail Prokurorluğundan isə bildiriblər ki, hazırda istintaq gedir. Müstəntiq Vüsal Kazımovun verdiyi məlumata görə, intihar hadisəsilə bağlı bir neçə versiya var. Lakin istintaq sirri olduğu üçün bu barədə açıqlama verilə bilməz. İstintaq başa çatandan sonra isə hadisə barədə məlumat veriləcək.

Baş verən intihar hadisəsilə əlaqədar Texniki Universitetlə əlaqə saxladıq. Universitetin "Energetika" fakültəsinin dekanı Mahir Bəşirov açıqlamasında bildirdi ki, həqiqətən də, Ağalar Ağalarlının kəsiri olub. Dekanın sözlərinə görə, Ağalar Ağalarlı dərslərində zəif nəticə göstərib.

"Ağalar dərslərə çox vaxt girmirdi. Davamiyyəti çox pis idi. Qapalı tələbə idi. Davamiyyətə görə imtahanlara buraxılmamışdı".

Fakültə dekanı deyir ki, Ağalar Ağalarlı imtahana buraxılmaq üçün müraciət də edibmiş: "Biz riyaziyyat fənindən ona yay dərsləri təşkil etmişdik. "Onun özülə də danışmışdım. Deyirdi ki, ailəsinin maddi durum pisdir. Ona görə də, işləyib ailəyə baxmalıdır. Bu səbəbdən də dərslərə girmirdi".

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.