İndoneziyada Hercules C-130 hərbi-nəqliyyat təyarəsinin qəza törətməsi nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb. İndoneziyada Hercules C-130 hərbi-nəqliyyat təyarəsinin qəza törətməsi nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

Təyyarə qəzasında ölənlərin sayı 141-ə çatdı

İndoneziyada Hercules C-130 hərbi-nəqliyyat təyarəsinin qəza törətməsi nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.


AzNews.az xəbər verir ki, bu barədə "France 24" məlumat verib.

Təyyarənin göyərtəsində 12 ekipaj üzvü və 101 sərnişinin olduğu bildirilir. Təyyarənin üzərinə düşdüyü otel və ətraf evlərdə ölənlərin sayı 45-ə çatıb.



Xatırladaq ki, iyunun 30-da Hercules C-130 hərbi-nəqliyyat təyarəsi yaşayış olan ərazinin üzərinə düşüb.

Qəza baş verməzdən öncə pilot ratsiya vasitəsilə təyyarədə baş verən nasazlığa görə hava limanına qayıtmaq istədiyini bildirib.

Təyyarənin mühərrikində problem olduğu ehtimal edilir.

Aydan Axundova