Dünən Milli Sevgililər Günü idi. Elə bu münasibətlə də Park Cinema Kinoteatrlar Şəbəkəsində sevgi romanlarından birinin əsasında çəkilmiş filmin jurnalistlər üçün premyerası oldu. Dünən Milli Sevgililər Günü idi. Elə bu münasibətlə də Park Cinema Kinoteatrlar Şəbəkəsində sevgi romanlarından birinin əsasında çəkilmiş filmin jurnalistlər üçün premyerası oldu.

“Happy End”i bir kişidən asılı olan qadınlar – Niyə axmaqlaşırıq?

Dünən Milli Sevgililər Günü idi. Elə bu münasibətlə də Park Cinema Kinoteatrlar Şəbəkəsində sevgi romanlarından birinin əsasında çəkilmiş filmin jurnalistlər üçün premyerası oldu.


Film Tomas Hardinin "Ağılsız izdihamdan uzaqda" (Far from the Madding Crowd) romanının motivləri əsasında çəkilib.

Filmdə 3 müxtəlif kişi arasında qalıb, ən səhv insanı seçən fermer qadının hekayəsi yer alıb. Missis Everden sadə, kasıb və zəhmətkeş, sonradan böyük ferma sahibi olan kəndli olur. Onunla evlənmək istəyən kişilərin təkliflərini rədd edir. Səbəb kimi isə kişiyə ehtiyacının olmadığını, kiminsə onu əzmək istəyinin qarşısına keçməsini göstərir.

Dayısından qalan fermanın sahibəsi olduqdan sonra isə qadının bir başqa xüsusiyyətləri üzə çıxır. Filmdə diqqətimi ən çox çəkən məqam da budur. Qadın fermaya sahibəlik etməyə başladığı ilk gün işçilərini yığır və belə bir ifadə işlədir: "Siz yuxudan durmağa macal tapmamış mən artıq həyətdə olacağam. Siz işə başlamamış mən artıq iş başında olacağam". Everdenin qətiyyətli olması, qadınlığı ilə kişilərə meydan oxumaq istəməsi filmin ideya xəttindən biridir.

Lakin öz ayaqları üstündə durmağa çalışan, heç bir kişinin köməyini qəbul etməyən qadın nə qədər ağıllı, işgüzar görünsə də, bir o qədər axmaqdır. O, əslində heç bir kişinin köməyi olmadan fermanı idarə etdiyini zənn etsə də, arxasında bir kişi dayanıb. O kişi isə bir vaxtlar ona evlilik təklif etmiş Mister Oukdur. Ouk Everdenə olan sevgisindən onun fermasında çalışır, ferma idarəçiliyində təcrübəsiz sahibənin işlərini görür.

Amma dediyimiz kimi, qadının axmaq seçimi onun xoşbəxt günlərinin sonunu gətirir.

119 dəqiqə davam edən melodramanın rejissoru Tomas Vinterberqdir. "Ağılsız izdihamdan uzaqda" filmi sabahdan etibarən kinoteatrlarda nümayiş olunacaq.

Nigar ETİBAR
AzNews.az