“Müqəddəs Ramazan bayramı münasibəti ilə əfv sərəncamının imzalanması gözlənilmir”. “Müqəddəs Ramazan bayramı münasibəti ilə əfv sərəncamının imzalanması gözlənilmir”.

Ramazanda əfv olacaq? – Komissiya üzvü

“Müqəddəs Ramazan bayramı münasibəti ilə əfv sərəncamının imzalanması gözlənilmir”.

Bunu AzNews.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zəlimxan Yaqub deyib. Onun sözlərinə görə, əfv sərəncamı Dünya Azərbaycanlılarının Həmrəylik Günündə imzalana bilər: "Çox güman ki, əfv ilin sonunda olacaq . Ramazan bayramı ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilmir".

Xatırladaq ki, əfvlə bağlı sonuncu sərəncam 2015-ci ilin martın 18-də imzalanıb. Həmin fərmanala 90 nəfər məhbus cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az