- Köhnə - Cəmiyyət
- 1 İyul 2015 13:00
- 4 130
Külək mülayimləşəcək - Proqnoz
Sabah gündüzdən Bakıda şimal küləyi mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayimləşəcək.
Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda isə havanın temperaturu gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.