“Space” telekanalının “Gündəlik” verilişində baş verən “Sən fahişəsən” olayına Azərbaycan Yazıçılar Birliyi də münasibət bildirib. “Space” telekanalının “Gündəlik” verilişində baş verən “Sən fahişəsən” olayına Azərbaycan Yazıçılar Birliyi də münasibət bildirib.

AYB-dən “Sən fahişəsən” olayına münasibət: “Əziz səhv edib”

“Space” telekanalının “Gündəlik” verilişində baş verən “Sən fahişəsən” olayına Azərbaycan Yazıçılar Birliyi də münasibət bildirib.


Yazıçılar Birliyinin sədr müşaviri Rauf Aslanov AzNews.az-a deyib ki, müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu arasında baş verən hadisə ilə bağlı qurumda iclas keçirilib, müzakirə aparılıb:

"Əlbəttə, bu, xoşagəlməyən haldır. Müğənninin geyimi kiminsə xoşuna gəlməyə bilər, amma bu, o demək deyil ki, sən onu efirdə təhqir etməlisən. Heç kim heç kimin geyimini müzakirə edə bilməz. Özü də Mətanət xanım çox abırlı bir libasda olub. O, elə bir pis hərəkət etməyib ki, onu kimsə müzakirə obyektinə çevirsin. Əziz çox böyük səhv edib".

R.Aslanov əlavə edib ki, Əziz Musaoğlu "Gündəlik" verilişinə Yazıçılar Birliyinin üzvü kimi deyil, qəzet redaktoru və alim kimi dəvət olunub: "Əgər o, həmin verilişdə yazıçı kimi təqdim olunsaydı və elə ifadələr işlətsəydi, biz qurum olaraq bir ölçü götürəcəkdik. Yazarlarla bağlı bir şey olan kimi AYB-ni günahkar hesab edirlər. O, yazıçılıqdan əlavə redaktor və alimdir. Odur ki, gedib onu o ünvanlardan axtrasınlar".

Bahar RÜSTƏMLİ
AzNews.az